İrakli Qaribaşvili Macarıstana rəsmi səfərə gedib
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Macarıstana rəsmi səfərə gedib.

Səfər çərçivəsində hökumət başçısı Macarıstanın paytaxtı Budapeştdə yüksək səviyyəli görüşlər keçirəcək.

Səfər çərçivəsində Hökumətlərarası İqtisadi Komissiyanın da iclası keçiriləcək.

Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat və
davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili, hökumət administrasiyasının regionlarla əlaqələr şöbəsinin müdiri Leri Barnabişvili və hökumət administrasiyasının rəhbəri Revaz Javelidze daxildir.

Məlumatı hökumət administrasiyası yayır.


Print ელ. ფოსტა
თეგები: Budapeşt İrakli Qaribaşvili
FaceBook Twitter Google