İyul-sentyabr aylarında Gürcüstanda 125 xarici ölkə vətəndaşına humanitar status verilib ki, onlardan 103-ü Ukrayna vətəndaşıdır
Bu ilin üçüncü rübündə Gürcüstanda 125 xarici ölkə vətəndaşına humanitar status verilib ki, onlardan da 103-ü Ukrayna vətəndaşıdır.

O cümlədən, Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, üç ay ərzində (iyul, avqust, sentyabr) Gürcüstanda humanitar status almış şəxslərdən 9-u Əfqanıstan vətəndaşlarıdır; 3 - Rusiya; 2 - Yəmən; 1 - Misir; 1 - Suriya, 1 - Somali.

Qeyd olunan dövr ərzində 1-i İran vətəndaşı, 2-si isə şəxsiyyəti məlum olmayan vətəndaş olmaqla ümumilikdə 3 xarici ölkə vətəndaşı qaçqın statusu alıb.

Həmin dövrdə 157 xarici ölkə vətəndaşına status almaqdan imtina edilib. Onların əksəriyyəti, 73 nəfəri İran vətəndaşıdır; Rusiya 2; Türkiyə 19; 10 İraq; 7 Misir; 11 İordaniya; 9 Nigeriya.

İyul-sentyabr aylarında ümumilikdə 307 xarici ölkə vətəndaşı sığınacaq axtaran şəxs kimi qeydiyyata alınıb, onlardan ən çoxu - 87 nəfər Ukrayna vətəndaşıdır. Qeydiyyata alınmış sığınacaq axtaranlardan 50-si Türkiyədəndir; İran - 44, Rusiya - 31; Banqladeş - 14; İordaniya - 11; Əfqanıstan - 8 vətəndaş.

Üç ayda Gürcüstandan 34 başqa ölkə vətəndaşı çıxarılıb. Onların vətəndaşlığa görə bölgüsü belədir: İran 9; Türkiyə 8; Azərbaycan 4; Rusiya 1; Ukrayna 1.

Həmin dövrdə müvəqqəti yerləşdirmə mərkəzində 20 xarici ölkə vətəndaşı yerləşdirilmişdir: Azərbaycan - 4; Türkiyə - 7; Hindistan - 2, Rusiya - 1.

Məlumat üçün bildirək ki, humanitar status Gürcüstan vətəndaşı olmayan və ya Gürcüstanda daimi yaşayan vətəndaşlığı olmayan, qaçqın statusunun verilməsi şərtlərinə cavab verməyən şəxsə verilir.

Qaçqın statusu Gürcüstan vətəndaşı olmayan və ya Gürcüstanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsə, Gürcüstanda olan, irqi, dini, məzhəbi, milli mənsubiyyətinə görə təqiblərə məruz qala biləcəyindən əsaslı qorxusu olan şəxsə verilir.

Print ელ. ფოსტა
თეგები: Gürcüstan humanitar status
FaceBook Twitter Google