Macarıstan Gürcüstan vasitəsilə Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır
"Macarıstan Gürcüstan və Rumıniya vasitəsilə Azərbaycandan elektrik enerjisinin idxalını nəzərdə tutan böyük enerji təşəbbüsləri üzərində işləyir".

Bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə səfərdə olan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə brifinqdə deyib.

V.Orban bildirib ki, ölkə təbii qaz idxalından çox asılıdır: "Bu təbii yanacağın qiyməti isə Ukraynada cərəyan edən hadisələr fonunda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən kəskin artıb. Enerji böhranından çıxmaq üçün Macarıstan bu istiqamətdə yeni təşəbbüslər hazırlayır. Biz yeni böyük elektrik xətlərinə sahib olmaq və Gürcüstan və Rumıniya vasitəsilə Azərbaycandan elektrik enerjisi almaq istəyirik. Bu təşəbbüs sayəsində biz hazırda elektrik enerjisi istehsalı istifadə etdiyimiz xeyli həcmdə təbii qaza qənaət edəcəyik".

Onun sözlərinə görə, elektrik enerjisi idxal ediləcəyi təqdirdə ölkə təbii qaz idxalını azaldacaq.

"Mən çox şadam ki, Baş nazir bu təşəbbüsə sadiqdir və bu məsələ Macarıstan üçün prinsipial əhəmiyyət kəsb edir. Biz enerji problemini və yüksək qiymətlərin yaratdığı böhranı aradan qaldırmaq istəyirik. Aİ-dən kənarda enerji resursları əldə etmək üçün çox şey etmək olar”, - Macarıstanın Baş naziri deyib.

O vurğulayıb ki, uzaq ölkələrdən böyük həcmdə enerji resurslarının idxalı fonunda, bu təşəbbüs Macarıstan üçün çox vacibdir.

Xatırladaq ki, Qaribaşvilinin Budapeştə səfəri çərçivəsində Gürcüstanın və Macarıstanın baş nazirləri ölkələr arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.

Mənbə: report.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan Macarıstan
FaceBook Twitter Google