Noyabrın 28-29-da Gürcüstanın Kote Marcanişvili adına Tbilisi
Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının
qonağı olacaq.
Bu barədə Teatrdan məlumat verilib.
Bildirilib ki, gürcü teatrının kollektivi dünya şöhrətli yazıçı Lev
Tolstoyun “Kreyser Sonatası” əsəri əsasında eyniadlı tamaşanı
nümayiş etdirəcək.
Tamaşa noyabrın 25-30-da Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət
portalının “Şuşa ili”nə həsr etdiyi “4.4” Qısa Tamaşalar Festivalı
çərçivəsində təqdim olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və
Temo Kupravadır.
Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı
Zura Qaqloşvili, video mühəndisi David Dvalişvili, səs operatoru
Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze,
rejissor assistenti Nino Jorjolianidir.
İki il öncə hazırlanan bu tamaşa maraqlı və qeyri-adi süjet xəttinə
malikdir.