3 ayda xarici ölkədə qanunsuz yaşayan 868 nəfər readmissiya çərçivəsində Gürcüstana qaytarılıb
Bu ilin üçüncü rübündə Gürcüstana xarici ölkələrdən 868 nəfər geri qəbul edilib.

Daxili İşlər Nazirliyinin statistik məlumatlarına görə, qeyd olunan üç ayda (iyul, avqust, sentyabr) ümumilikdə 873 nəfərin readmissiyası ilə bağlı müraciətinə baxılıb, onlardan 868-nə razılıq verilib, 5-nə isə rədd cavabı verilib.

Qeyd edək ki, Gürcüstana ən çox - 525 vətəndaş Almaniyadan geri qəbul edilib. Sonra Fransa (176), Yunanıstan (33), Polşa (33), İsveçrə (23), İspaniya (17) gəlir.

Xatırladırıq ki, Gürcüstan və Avropa İttifaqı arasında “icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın 1-dən qüvvəyə minib. Müqavilə əsasında Avropa İttifaqının ərazisində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları Gürcüstana qaytarılır. Müqavilə, həmçinin sazişdə müəyyən edilmiş şərtlər əsasında üçüncü ölkə vətəndaşlarının Gürcüstana qaytarılmasını nəzərdə tutur. Razılaşmaya əsasən, readmissiya və son təyinat dövlətinin sərhədinə tranzitlə bağlı bütün nəqliyyat xərcləri sorğu edən dövlət tərəfindən ödəniləcək.




Print ელ. ფოსტა
FaceBook Twitter Google