Gürcüstandan mal-qara ixracı rekord səviyyədədir - diri heyvan hara gedir?
Gürcüstandan diri mal-qara ixracı rekord səviyyədədir. Milli Statistika Xidmətinin məlumatlarına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkə yerli mal ixracından 30,672 milyon dollar gəlir əldə edib ki, bu da nəinki ötən ilin eyni dövrü ilə müqayisədə, həm də son 13 ilin məlumatlarından çoxdur. 2009-cu ilin 9 ayında 12,408 milyon dollar, 2021-ci ildə isə 20,66 milyon dollar dəyərində mal-qara ölkədən çıxarılıb.

İxrac ölkələrinə gəlincə, bu illər ərzində Gürcüstan malları əsasən qonşu ölkələrə - Azərbaycana və Ermənistana göndərilib. İraq, İran, İordaniya, Misir, Küveyt və Livan bazarlarında gürcü mallarına rast gəlinib.

2022-ci ilin 9 ayında Gürcüstandan aşağıdakı ölkələrə diri heyvanlar ixrac edilib:
  • İraq - 22,528 milyon dollar
  • Azərbaycan - 13,849 milyon dollar
  • İordaniya - 1,897 milyon dollar
  • Misir - 688 min dollar
  • İran - 382 min dollar
  • Ermənistan - 327 min dollar
Məlumat üçün bildirək ki, Gürcüstanın canlı məhsulların yerli ixracından əldə etdiyi gəlirlə bağlı məlumatlar 2009-cu ildən bəri Milli Statistika Xidmətinin xarici ticarət portalında mövcuddur.

Mənbə: BPN

Print ელ. ფოსტა
თეგები: Gürcüstan İdxal İxrac
FaceBook Twitter Google