ABŞ səfirliyinin bəyanatı məhkəmənin müstəqilliyinə birbaşa müdaxilədir - Kobaxidze
“Gürcü arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, ABŞ səfirliyinin Nika Qvaramianın hökmü ilə bağlı bəyanatı məhkəmənin müstəqilliyinə birbaşa müdaxilədir.

Bu barədə o, bu gün, noyabrın 3-də jurnalistlərə açıqlama verib.

Söhbət səfirliyin “Mtavari” kanalının direktoru Nika Qvaramianın həbsdə qaldığı apellyasiya məhkəməsinin qərarı ilə bağlı dərin narahatlığını ifadə etdiyi bəyanatdan gedir. Səfirliyin fikrincə, Qvaramianın həbsi “gürcü xalqının aydın
seçimini və Gürcüstan liderlərinin bəyan etdiyi məqsədi – daha təhlükəsiz, demokratik, Avropa gələcəyini riskə atır”.

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan hökuməti məhkəmənin müstəqilliyinə və qanunun aliliyinə “fərqli yanaşır”.

“Təbii ki, bu cür açıqlamaları bir az sərt qiymətləndirməliyəm. Biz heç bir halda məhkəmənin müstəqilliyinə müdaxiləni və hər hansı formada məhkəmənin qərarlarına təsir göstərməyi qəbul etmirik. Dünən mən ABŞ səfirliyinin bəyanatını gördüm, bu, məhkəmə hakimiyyətinin müstəqilliyinə birbaşa müdaxilə idi və bu, əlbəttə ki, çox ciddidir. Mən buna başqa qiymət verə bilmərəm.

Təbii ki, tərəfdaşlarımız həm öz ölkələrində, həm də başqa ölkələrdə qanunun aliliyinə, məhkəmələrin müstəqilliyinə eyni dərəcədə diqqətli olmalıdırlar. Bu, edə biləcəyim yeganə qiymətləndirmədir. Biz məhkəmənin müstəqilliyinə və qanunun aliliyinə fərqli yanaşırıq”,
- Kobaxidze bildirib.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google