Almaniyaya mövsümi iş üçün gələn hər 10 Gürcüstan vətəndaşından azı
5-i vətəninə geri qayıtmayıb.
Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal
İdarədən (BAMF) məlumat verilib.
Bildirilib ki, həmin Gürcüstan vətəndaşları sonradan qaçqın statusu
almaq üçün BAMF-nin yerli şöbələrinə müraciət ediblər:
"Bu ilin yanvar-oktyabr ayılarında federal idarəyə 6
908 Gürcüstan vətəndaşının sığınacaq üçün müraciəti daxil olub.
Təkcə oktyabr ayında bu ölkə vətəndaşlarının qaçqın statusu üçün
etdikləri müraciətlərin sayı 839 olub. Yanvar-oktyabr ayları
arasında sığınacaq istəyi rədd edilən 746 Gürcüstan vətəndaşı
yenidən federal idəyə müraciət edib".
Qeyd edək ki, Gürcüstan vətəndaşlarının Almaniyanın kənd
təsərrüfatı sahəsində qanuni şəkildə işləməsinə 2021-ci ilin mart
ayında icazə verilib. Dövlət proqramına əsasən, Almaniyaya işləməyə
gələn Gürcüstan vətəndaşları 18-60 yaşları arasında olmalıdır.
Bundan əlavə, gəlməzdən üç ay əvvəl Almaniyada olmamalı, sağlam və
məhsul yığımında təcrübəyə malik olmalıdırlar. Eləcə də işçilərin
alman və ya ingilis dilini cüzi olaraq bilməsi tələb edilir. Eyni
zamanda mövsümi iş üçün Almaniyaya gələn Gürcüstan vətəndaşlarının
bu ölkədə yalnız üç ay qalmasına icazə verilir.
Mənbə: report.az