"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik
şəbəkəsinin planlı bərpa işlərinə görə,
15 noyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin
verilməsində fasilələr yaranacaq.
Şirkətdən verilən məlumata görə, bu gün saat 10:30-dan 18:30-a kimi
Marneuli şəhərinin Rustaveli, 26 may, Qamsaxurdiya, Puşkin,
Merab Kostava və ətraf küçələrdə elektrik enerjisinin
verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi
bərpa olunacaq və həmişəki rejimdə veriləcək.
Mənbə: tv4.ge