Oliqarxların reyestrini parlament deyil, hökumət tərtib edə bilər.
Bu gün, noyabrın 15-də parlamentin Hüquq məsələləri üzrə
komitəsinin sədri Anri Oxanaşvili bu barədə plenar iclasda
“Deoliqarxizasiya haqqında” qanun layihəsinin ikinci oxunuşda
çıxışı zamanı bildirib.
Qanun layihəsinin təşəbbüskarı olan variantında oliqarxların xüsusi
reyestrinin tərtib edilməsi parlamentin üzərinə düşürdü, lakin
Oxanaşvili deputatlara layihədə dəyişiklik etməyi təklif edib ki,
ona görə də qeyd olunan məsələyə
görə hökumət cavabdeh olacaq.
“Biz parlamentin bu prosesə cəlb olunmasını təklif
etdik və bunu müxalifətçi həmkarlar maraqların toqquşması kimi
qiymətləndirdilər və onlar Ukrayna modelini sınayacağımızı fərz
etdilər. Biz təklif edirik ki, parlament əvəzinə Gürcüstan hökuməti
Ukraynada olduğu kimi oliqarxların reyestrinin tərtibinə cavabdeh
olmalıdır”, - Anri Oxanaşvili bildirib.
Onun sözlərinə görə, buna görə də qanun layihəsinin bütün
maddələrində müvafiq dəyişikliklər ediləcək və sabahkı plenar
iclasda məsələ ilə bağlı səsverməyə çıxarılmazdan əvvəl yekun
variantı parlament üzvlərinə təqdim olunacaq.
_____________________________________
Parlamentdə “Gürcü arzusu” üzvlərinin təşəbbüsü ilə irəli sürülmüş
“Deoliqarxizasiya haqqında” qanun layihəsi analoji məzmunlu Ukrayna
qanununun timsalında hazırlanıb.
Müxalifət Ukrayna qanununun köçürülməsi ilə razılaşmır və bəyan
edir ki, bu qanun layihəsi bu formada qəbul edilə bilməz və o,
gürcü reallığına uyğun olmalıdır.
Bundan başqa, qeyri-hökumət təşkilatları və Avropa İttifaqının
nümayəndələri hesab edirlər ki, qanun layihəsi Venesiya
Komissiyasına göndərilməlidir.
Lakin “Gürcü arzusu” qanun layihəsini Venesiya Komissiyasına
göndərməkdən imtina edir və bildirir ki, Gürcüstan Venesiya
Komissiyasının deoliqarxizasiya haqqında Ukrayna qanunu ilə bağlı
çıxaracağı qənaətləri nəzərə ala bilər, çünki o, ukrayna modelini
qəbul etməyi planlaşdırır.