İrakli Kobaxidzenin fikrincə, depolarizasiya baxımından əsas açar
“Milli Hərəkat”ın zəifləməsindədir və ən əsası odur ki, bu partiya
zəifləməlidir ki, ölkəyə və siyasi sistemə zərər verəcək resursları
olmasın.
Bu barədə “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze
İctimai Yayımçının efirində məlumat verib.
“Məsələn, bizə eyni isti payızı vəd etdilər, amma payızdır, hələ də
siyasi baxımdan çox isti görünmür.
“Milli Hərəkat” nə qədər zəifdirsə, diqqətlə baxsanız, bir o qədər
dincdir. Depolarizasiyanın əsas açarı ondan ibarətdir ki, “Milli
hərəkat” zəifləməyə davam etməlidir və təbii ki, biz bu prosesi
asanlaşdıracağıq.
Bu, son nəticədə bizi depolarizasiyaya aparmalıdır, əks halda biz
təbii ki, Vaşadze, Xabeişvili, Caparidze və Xoştariaya arxalana
bilmərik”, - deyə İrakli Kobaxidze bildirib.