Zuqdididə bir azyaşlı yeniyetməni öldürməkdə ittiham edilərək saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Zuqdididə azyaşlıya qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı ilə bir nəfər saxlanılıb.

“İstintaqla müəyyən edilib ki, 2005-ci il təvəllüdlü Zuqdididə təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində azyaşlıya - 2007-ci il təvəllüdlü S.M.-yə soyuq silahla bədəninə bir neçə xəsarət yetirib və xəstəxanaya aparılmazdan əvvəl ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
və istintaq hərəkətləri nəticəsində E.C. hadisədən qısa müddət sonra Zuqdididə saxlanılıb”,
– Daxili İşlər Nazirliyi bildirir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e” bəndi ilə aparılır, bu isə ağırlaşdırıcı şəraitdə azyaşlıya qarşı qəsdən adam öldürməni nəzərdə tutur.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Mənbə: Publika

Print ელ. ფოსტა
თეგები: DİN Zuqdidi
FaceBook Twitter Google