Parlamentdə siqaretlərin adi, vahid qablaşdırmada satışı öhdəliyinin icrası məsələsi müzakirə edilib
Parlamentdə siqaretlərin adi, vahid qablaşdırmada satışı öhdəliyinin icrası məsələsi müzakirə olunub.

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsində “Tütünlə mübarizə haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Xatırladırıq ki, qüvvədə olan qanuna əsasən, 31 dekabr 2022-ci il tarixindən etibarən standartlaşdırılmış qablaşdırma olmadan tütün məmulatlarının satışı və paylanması qadağandır.

Qanun layihəsinin təşəbbüskarlarından olan İsko Dasenin sözlərinə görə, şirkətlərin
fikrincə, Ukrayna hadisələrindən əvvəl Gürcüstan bazarı üçün nəzərdə tutulan tütün məmulatları əsasən Ukrayna fabriklərində istehsal olunurdu. Mövcud hadisələrlə əlaqədar olaraq, münaqişənin ilk günlərindən Ukraynada məhsulların istehsalı qeyri-mümkün olub və bu mərhələdə Gürcüstan bazarında tələbatı ödəmək, idxal etmək üçün istehsal müxtəlif ölkələrə ötürülür.

"Yaradılan vəziyyətlə əlaqədar olaraq tütün məmulatları sənayesi ilə məşğul olan şirkətlər standartlaşdırılmış qablaşdırmanın müvafiq proseslərini bir fabrikdə deyil, bir neçə ölkənin müxtəlif fabriklərində yenidən təşkil etməli olurlar. Bu, daha uzun və daha mürəkkəb prosesdir və qanunla müəyyən edilmiş tədbirlərin nəzərdə tutulmuş müddətdə həyata keçirilməsi sual altındadır”,
- Dasen bildirib.

Müvafiq olaraq, qanun layihəsinə əsasən, standartlaşdırılmış qablaşdırma ilə tütün məmulatlarının satışı və yerləşdirilməsi ilə bağlı tənzimləyici normalar, habelə qanuna tabe olan normativ xarakterli aktların hökumət tərəfindən işlənib hazırlanması müddəti 31 dekabr 2022-ci il deyil, 2024-cü il dekabrın 31-dən müəyyən edilib.

Bu ilin iyununda parlamentdə qeydə alınan qanun layihəsinin təşəbbüskarları parlamentin üzvləri: Davit Sonqulaşvili, Qoça Enukidze, Qela Samxarauli və İsko Dasendir.
Mənbə: BPN


Print ელ. ფოსტა
FaceBook Twitter Google