Parlamentin yaxınlığında “Qızılgül İnqilabı”nın 19-cu ildönümü ilə əlaqədar aksiya keçirilib
Parlamentin yaxınlığında “Qızılgül İnqilabı”nın 19-cu ildönümü ilə əlaqədar aksiya keçirilib.

Mitinq iştirakçıları Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edib, pankartlar, bayraqlar və qızılgüllər sərgiləyiblər.

“Bu günkü gün Gürcüstanda müasir dövlət quruculuğu və inkişafı başladı. Biz Mixeil Saakaşvilinin azadlığa buraxılmasını və Gürcüstanda Rusiya rejiminə son qoyulmasını tələb edirik”, - mitinq iştirakçıları bildiriblər.

Sədrliyə namizəd Qiorqi Mumladze və
partiyanın bir neçə üzvü, o cümlədən İrakli Nadiradze orada olsa da, “Milli Hərəkat”ın liderləri mitinqdə iştirak etməyiblər.

Saakaşvilini dəstəkləyən növbəti mitinq noyabrın 27-nə planlaşdırılıb.

Mənbə: Publika

Print ელ. ფოსტა
თეგები: aksiya Mixeil Saakaşvili
FaceBook Twitter Google