Gürcüstan ən çox nə alır?
2022-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 15 228,4 mln.

ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz çoxdur. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların hesabatlarına görə, bundan ixrac 4 546,0 mln. ABŞ dolları (34 faiz artıb), idxal isə 10 682,4 mln. ABŞ dolları (33,3 faiz çox) təşkil edib.

Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında ən böyük idxal əmtəə qrupu idxalı 1,2 milyard ABŞ dolları və bütün idxalın 11,4 faizini təşkil edən yüngül avtomobillər şəklində təqdim edilib. İkinci yeri 1,1 milyard ABŞ dolları ilə neft və neft məhsulları (idxalın 10,6 faizi), üçüncü yeri isə 623,1 milyon ABŞ dolları (idxalın 5,8 faizi) ilə mis filizləri və konsentratları tutur.

Yanvar-oktyabr aylarında Gürcüstana idxal edilən TOP - 10 məhsul bunlar olub:

• Yüngül avtomobillər - 1,2 milyard ABŞ dolları;
• Neft və neft məhsulları - 1,1 milyard ABŞ dolları;
• Mis filizləri və konsentratları - 623,1 milyon ABŞ dolları;
• Qablaşdırılmış dərman vasitələri - 329,07 milyon ABŞ dolları;
• Neft qazları və digər qaz halında olan karbohidrogenlər - 316,9 milyon ABŞ dolları;
• Telefon aparatları - 227,3 milyon ABŞ dolları;
• Hesablama maşınları və onların blokları - 145,5 milyon ABŞ dolları;
• Tütündən və ya onun əvəzedicilərindən hazırlanmış siqarlar, siqarillalar və siqaretlər - 96,6 milyon ABŞ dolları;
• Karbon polad çubuqlar, əlavə emal edilmədən - 96,06 milyon ABŞ dolları;
• Yük maşınları - 83,9 milyon ABŞ dolları.

Mənbə: BPN

Print ელ. ფოსტა
თეგები: ABŞ İxrac
FaceBook Twitter Google