Avtomobil ixracı 77% artıb - Gürcüstandan ən çox avtomobil göndərilən ölkələr
2022-ci ilin 10 ayında Gürcüstandan xaricə 661 milyon ABŞ dollar dəyərində (64 min ədəd) avtomobil ixrac edilib.

Bu göstərici əvvəlki illə müqayisədə 77% çoxdur. 2021-ci ilin 10 ayında xaricə 373 milyon ABŞ dolları (51 min ədəd) dəyərində avtomobil satılıb.

“Business Press News” 2022-ci ildə Gürcüstanı ən çox avtomobilin tərk etdiyi ilk 10 ölkənin siyahısını təqdim edir:

• Azərbaycan - 245,1 milyon ABŞ dolları dəyərində 25 096 avtomobil
• Ukrayna - 117,4 milyon dollar dəyərində 12 446 avtomobil
• Ermənistan - 84,2 milyon ABŞ dolları dəyərində 8293 avtomobil
• Rusiya - 55,3 milyon ABŞ dolları dəyərində 3841 avtomobil
• Qazaxıstan - 54,9 milyon ABŞ dolları dəyərində 5417 avtomobil
• Qırğızıstan - 38,6 milyon ABŞ dolları dəyərində 5742 avtomobil
• Belçika - 22,8 milyon ABŞ dolları dəyərində 472 avtomobil
• Tacikistan - 10,3 milyon ABŞ dolları dəyərində 1789 avtomobil
• Birləşmiş Ərəb Əmirlikləri - 9,6 milyon ABŞ dolları dəyərində 131 avtomobil
• Belarus - 5,3 milyon ABŞ dolları dəyərində 156 avtomobil


Qeyd edək ki, 2019-cu illə müqayisədə məlumatlar artımın olduğunu gösərir. Pandemiyadan əvvəlki ilin yanvar-oktyabr aylarında ölkədən 557,3 milyon ABŞ dolları dəyərində avtomobil satılıb.

Mənbə: BPN

Print ელ. ფოსტა
თეგები: Amerika Avtomobil ixracı Dollar
FaceBook Twitter Google