Laqodexidə baş verən qəzada iki nəfər ölüb.
Hadisə gecə saatlarında Vardisubani kəndi yaxınlığında baş verib.
28 və 35 yaşlı kişilər avtomobillə hərəkətdə olarkən sürücü sükanın
idarəetməsini itirib, sürüşərək ağaca çırpılıb. Hər iki şəxs aldığı
xəsarətlərdən yerindəcə keçinib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.