Vizual olaraq, onun səhhətinin kəskin şəkildə pisləşdiyi görünür – Lomcaria Saakaşvili haqqında
İctimai müdafiəçi Nino Lomcariyanın sözlərinə görə, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin səhhətinin ötən illə müqayisədə pisləşdiyi görünür.

O, bu barədə bu gün, noyabrın 28-də Mixeil Saakaşviliyə baş çəkdikdən sonra məlumat verib.
Onun sözlərinə görə, Saakaşvili kəskin şəkildə arıqlayıb və uzun müddət danışmağa çətinlik çəkir.

“Mən Mixeil Saakaşvili ilə təxminən 10 dəqiqə danışdım, çünki başa düşürəm
ki, onun üçün daha çox danışmaq çətindir. Mən həkim deyiləm, amma keçən yanvar ayında Qori Xəstəxanasında olarkən necə göründüyünü xatırlayıram və vizual olaraq fərq çox təəccüblüdür. Vizual olaraq onun səhhətinin kəskin şəkildə pisləşdiyi, arıqladığı görünür”,
- Nino Lomcaria bildirib.

Bu gün, noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin sərhədi keçmək işi üzrə məhkəməsi keçirilməlidir. Saakaşvilinin vəkillərinin dediyinə görə, keçmiş prezident məhkəmə iclasında iştirak etmək istəyir. Lakin VMH-ın rəhbərlərindən olan Xatia Dekanoidzenin sözlərinə görə, Saakaşvilinin səhhətinə görə onu məhkəməyə gətirmək mümkün deyil.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Nino Lomcaria Saakaşvili
FaceBook Twitter Google