Marneuli yerli icma nümayəndələri ilə məlumatlandırıcı görüş
Covid-19, qış dövründə yayılmış viruslar, mövsümi qrip və başqa respirator xəstəliklər, onların qarşısının alınması yolları və immunizasiyanın əhəmiyyəti – Marneulidə Gürcüstan Strategiya və İnkişaf Mərkəzinin (GCSD) təşkilatçılığı ilə “Vaccination4Georgia” layihəsi çərçivəsində yerli icma nümayəndələri ilə görüş keçirilib.

Görüşdə əhali ilə yanaşı yerli ruhani şəxslər də iştirak ediblər. Görüşü səhiyyə üzrə ekspert aparırdı.

Bu tipli məlumatlandırıcı görüşlər
layihənin hədəfi olan başqa regionların yerli icma nümayəndələri ilə də keçirilib. Görüşlərin məqsədi yerli əhali və müxtəlif maraqlanan qruplara düzgün, etibarlı məlumat verməkdir. Məlumat peyvənd, pandemiya, mövsümi çətinliklər və immunizasiya haqqındadır. Məqsəd iştirakçıların onlara maraqlı olan suallara yüksək ixtisaslı ekspertlərdən cavab almasıdır.

Layihəni Almaniya Beynəlxalq Əməkdaşlıq İttifaqı (GİZ) Gürcüstan Strategiya və İnkişaf Mərkəzi ilə tərəfdaşlıqla həyata keçirir. Layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google