Qardabanili kikboksçu Türkiyədə keçirilən yarışada qələbə qazanıb (VİDEO)
15:39 / 19.12.2022
Qardabanili kikboksçu Özcan Əhmədov Türkiyənin İzmir şəhərində
keçirilmiş “Ümit Fight Arena 4 Kickboxing” yarışında rəqibini
məğlub edərək, qələbə qazanıb.
17 dekabr tarixində keçirilən yarışda o, ilk peşəkar yarışına
çıxıb. 19 yaşlı idmançı Özcan Əhmədovun rəqibi 62 kq çəki
dərəcəsində Türkiyə yığmasının idmançısı, “WAKO” Avropa çempionu,
“WAKO” dünya ikincisi Ali Koyuncu olub. Ağır keçən döyüşdə Əhmədov
Türkiyəli rəqibinə texniki nokautla qalıb gəlib.
“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar bu yolda
illərdir, əziyyət çəkirlər və artıq öz zəhmətlərinin bəhrəsini
görürlər. O, onların yanında olub, onlara dəstək olan insanlara
təşəkkürünü bildirdi.
Əkbərovun sözlərinə görə, on nəfərdən artıq idmançıları gələn il
müxtəlif peşəkar liqalarda iştirak edəcəklər. Həmin istiqamətdə
işləyirlər və danışıqlar aparırlar.
Tofiq Əkbərovun dediyinə görə, bu ayın sonunda ilin yekunlarına
dair tədbir keçirəcəklər və cəmiyyətə gördükləri işlər barədə
məlumatlar verəcəklər.