Marneuli yerli özünüidarəsi 2023-cü ilin gəlişi ilə əlaqədar yeni
il yolkasının işıqlarını 20 dekabrda yandıracaq.
“20 dekabrda, çərşənbə axşamı günü Marneuli meriyası
sizi meriyanın ərazisinə, əsas yolkasının işıqlarının təntənəli
şəkildə yandırılması tədbirinə dəvət edir!” –
Marneuli meriyasının bəyanatında qeyd olunub.
Yeni il yolkasının işıqlarının yandırılması mərasimi bələdiyyədə
saat 13:00-dan başlayacaq və saat 19:40-a qədər davam
edəcək.
Tədbirlərin qrafikini təqdim edirik:
- Saat 13:00-18:00 - əl işlərinin və yeni il
şirniyyatlarının sərgi-satışı;
- Saat 13:00-16:00- animasiya filmlərinin nümayişi və
məkanlar (Polar Exspres, yeni il nağılı və Klaus);
- Saat 16:00-18:00 – Musiqili çıxışla animatorlar
şousu;
- Saat 17:00- Şaxta Baba Qar Qızıların köməyi ilə
uşaqlara hədiyyələr paylayacaq; Konsert;
- Saat 18:00-18:20 – Qorinin qızlar komandası – yeni il
mahnılarının qarışığı;
- Saat 18:30 – Yolkanın işıqlarının
yandırılması;
- Saat 18;40-19:40 – Qela Qnolidzenin rəhbərliyi ilə gecə
şousu yığması;
- Saat 19:40 – Atəşfəşanlıq.
Tədbir Marneuli meriyası ərazisində keçiriləcək.
Yerli özünüidarə yeni il yolkasını 70 800 lariyə alıb. Küçələrin
çilçıraqla bəzədilməsi 197 100 lariyə, 30 dekabrda planlaşdırılmış
yeni il tədbirləri isə 136 421 lariyə başa gələcək.