Bu gün, 9 yanvar tarixində səhər saat 09:30 radələrində
Marneuli-Sadaxlı avtomobil yolunun İmir kəndi ərazisindən keçən
hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
24News.ge-nin məlumatına görə, “Toyota” markalı avtomobilin
sürücüsü ötmə əməliyyatı həyata keçirən zaman idarəetməni itirərək
yol kənarındakı ağaca çırpılıb. Minik maşınına ciddi ziyan
dəyib.
Hadisə
nəticəsində sürücü yüngül xəsarət alıb və o, təcili tibbi
yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Qəzanın baş verdiyi əraziyə patrul polisi cəlb edilib. Faktla bağlı
araşdırma aparılır.