Gürcüstan parlamentinin üzvü Rati İonatamişvili Ukrayna Prezident
Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Gürcüstanın
eks-prezidenti Mixail Saakaşvili haqqında bəyanatını Gürcüstanın
ədalət mühakiməsinə müdaxilə adlandırıb.
"Bu, bir az utancverici bəyanat oldu - "mən gəlib həbsdə olan
Saakaşvilini öz əllərimlə götürəcəm". Mən bunu ciddi qəbul edə
bilmirəm", - İonatamişvili bildirib.
Qeyd olunur ki, bu, gürcü ədalət mühakiməsinə müdaxilə
cəhdidir,
çünki belə bir qərar məhkəmə tərəfindən müstəqil və obyektiv hallar
nəzərə alınmaqla qəbul edilir və bu qərarın qəbuluna heç kim
müdaxilə edə bilməz.
Xatırladaq ki, Mixail Podolyak mediaya müsahibəsində Ukrayna
hakimiyyətinin Gürcüstan hökumətinə eks-prezident Saakaşvilini
müalicə üçün Kiyevə köçürməyi rəsmən təklif etdiyini bildirib. O
deyib ki, Tiflis onu birbaşa Ukraynaya köçürmək istəmirsə, o zaman
istənilən üçüncü Avropa ölkəsinə verilə bilər. Podolyak isə
Saakaşvili üçün şəxsən gəlməyə hazır olduğunu vurğulayıb.