Marneulinin 4 məktəbində mandatur vakansiyası elan olunub
Təhsil müəssisələrinin mandatur xidməti Gürcüstan miqyasında mandatur seçimi ilə bağlı müsabiqə elan edib. Marneuli bələdiyyəsində 4 məktəb mandatur axtarır. Bələdiyyə miqyasında ümumilikdə beş yer var.
  • Marneuli bələdiyyəsinin Sadaxlı kəndi – 1 vakansiya
  • Marneuli bələdiyyəsinin Algeti kəndi- 1 vakansiya
  • Marneuli bələdiyyəsi Təzəkənd – 2 vakansiya
  • Marneuli bələdiyyəsi Qaçağan kəndi – 1 vakansiya
Müsabiqənin şərtləri və namizəd üçün nəzərdə tutulmuş vacib öhdəliklər:

Mandatur təyin oluna bilər:
  • 21 yaşından etibarən Gürcüstanın əmək qabiliyyətli vətəndaşı;
  • Məhkumluğu olmayan;
  • Peşə təhsili və ya ali təhsil ilə yanaşı ümumi təhsil;
  • Dövlət dilini bilən;
  • İş öhdəliklərini yerinə yetirmək üçün müvafiq sağlamlıq vəziyyəti.
Əməkhaqqı: 1000 lari (vergi daxil olmaqla).

Müsabiqədə iştirak edəcək şəxslərin ərizələri 2023-cü ilin 10 yanvarından 2023-cü ilin 19 yanvarına qədər qəbul olunacaq.

Namizədlər seçilənə qədər bir neçə mərhələdən keçəcəklər. Vakansiyalar haqqında ətraflı məlumatı buradan ala bilərsiniz: LİNKƏ DAXİL OLUN!

Print ელ. ფოსტა
FaceBook Twitter Google