Sizin kəndinizdə kənd toplantısı nə zaman keçiriləcək – qrafik
Marneuli bələdiyyəsində “Kəndə dəstək proqramı” başlayır. Prioritetlərin seçilməsi məqsədi ilə 1 fevraldan 15 fevral tarixinə qədər əhali ilə görüşlər keçiriləcək.

Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan kəndə dəstək proqramı üçün 2023-cü ildə 1 232 000 lari ayrılıb. Pul kəndlərə əhalinin sayına əsasən bölünəcək. Hər kənd üçün minimum məbləğ 10 000, maksimum isə 20 000 lari təşkil edir.

Kəndlərə uyğun olaraq ümumi toplantının və ya məsləhətləşmənin tarixini, vaxtını təqdim edirik.

Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı halda keçirilmiş hesab olunacaq. Nisbətən kiçik kəndlərdə isə ümumi toplantının 20%-nin imzası qeydə alınacaq.

Marneuli meriyasından bildirirlər ki, əgər kəndinizdə görüşə gedə bilmirsinizsə, görüş vaxtına qədər öz təşəbbüsünüzü doldurulmuş xüsusi forma şəklində This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it elektron poçt ünvanına göndərə bilərsiniz.

“Kəndə dəstək proqramı” Marneulidə 2019-cu ildən keçirilir. Ötən il 17 inzibati vahidlikdə 78 infrastruktur layihəsi maliyyələşdirilib. Onlardan əksəriyyəti küçə işıqlarının quraşdırılmasını nəzərdə tuturdu.

Print ელ. ფოსტა
FaceBook Twitter Google