Yenilənmiş 1 saylı uşaq bağçasında 60 yeni yer var – qeydiyyatdan keçmək mümkündür

Marneuli şəhərində 210 uşaq üçün nəzərdə tutulmuş bağça açılıb. 1 saylı bağçada (Tut bağı) təxminən, üç il fasilədən sonra təhsil prosesi başlayıb.

Marneuli şəhər 1 saylı uşaq bağçası binasının bərpası, akt zalı və iki qrup üçün ayrılmış binanın inşa işləri yerli özünüidarəyə 1 188 577 lariyə başa gəlib. Bağçanın meneceri Zeinab Nadiradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə 60 boş yer var.

“Siyahı ilə 150 uşağımız var. Bunlar yayda qeydiyyatdan keçmiş uşaqlardır. Ancaq çoxları bizim bağçanın açılışını gözləyirlər. Çünki bağçanın açıldığını eşidiblər və yenə uşaqlar gələcək, biz daha 60 uşaq qəbul etməyə hazırıq. Bunun üçün şərait var”.

Marneuli Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov bildirdi ki, istəyi olanlar bağçaya getməli və qeydiyyatdan keçməlidirlər. 18 yanvar tarixindən qeydiyyatdan keçmək mümkündür.

Marneulidə 84 kənd var, bələdiyyədə yalnız 14 uşaq bağçası fəaliyyət göstərir.

Marneulidə hər il yüzlərlə uşaq məktəbəqədər təhsildən kənar qalır.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google