Gürcüstan ruhaniləri İsveçrədə Qurani-Kərimin yandırılmasını pisləyiblər
Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Ruhaniləri Heyətinin üzvləri İsveçin Stokholm şəhərindəki Türkiyə səfirliyinin qarşısında Danimarkanın “Sərt Kurs” Partiyasının lideri Rasmus Paludan tərəfindən Quranın yandırılmasını pisləyiblər.

Bununla bağlı “BGMİ” bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bağışlayan və mehriban Allahın adı ilə

“Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.” (Maidə, 105)

Səmavi kitabların sonuncusu olaraq bəşəriyyətin hidayəti üçün Allah tərəfindən endirilən Qurani-Kərimin yandırılıması insanlıqdan uzaq iyrənc bir əməldir. Özünü dünyaya sivil, azadlıqsevər, insan haqlarına diqqət edən, demokratiya dəyərlərinin müdafiəçisi kimi göstərən bir ölkədə ilahi kitaba hörmətsizlik milyonlarla müsəlmanın heysiyyətinə toxunmaqla dini zəmində qarşıdurmaya təhrik edən nifrət çağırışıdır. Təəsüflə son illərdə ABŞ və bəzi Avropa ölkələrində islamofobiya və ksenefobiya məqsdələri üçün atılan belə addımlara çox rast gəlinilir.

Biz bütün dünya ictimaiyyətini bu məsuliyyətsiz və mənəviyyatsız hərəkətə qarşı birgə olmağa, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını almaqda həmrəy olmağa çağırırıq. Dinlərin dəyərlərinin və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik”.


Print ელ. ფოსტა
FaceBook Twitter Google