Bu gün, 23 yanvar tarixində Marneulidə “Marneuli bələdiyyəsinin
2022-ci ilin büdcəsinin gənclərin ehtiyacları kontekstində analizi”
araşdırmasının təqdimatı keçirilib.
Müəlliflər araşdırma çərçivəsində müəyyən edilən əsas nailiyyətləri
ictimaiyyətə təqdim ediblər. Layihənin araşdırmaçıları və “Tərəqqi
üçün prevensiya” təşkilatının sədri Natalia Tsiqarelinin sözlərinə
görə, tədqiqatın məqsədi Marneuli bələdiyyəsinin 2022-ci il
büdcəsinin araşdırılması idi.
“Tədqiqatın məqsədi 2022-ci il büdcəsinin araşdırılması
idi. Büdcədə gənclərin ehtiyaclarının nəzərə alınması real olaraq,
nə dərəcədə gənclərin ehtiyaclarına cavab verir və büdcənin tərtib
edilməsi prosesinə gənclər nə dərəcədə qoşulublar, onların səsi,
ehtiyacları nə dərəcədə eşidilirdi. Nailiyyətlərə gəlincə, aydındır
ki, gənclərə dəstək olacaq büdcə vəsaitinin artırılması lazımdır.
Çünki ehtiyaclar hazırda onların təmin edilməsi imkanlarından daha
çoxdur. Gəncləri narahat edən məsələlər var və hazırda, təəssüf ki,
büdcənin maddi tərəfi onları əhatə edə
bilmir”.
Natalia Tsaqarelinin sözlərinə görə, yaxşı olardı ki, bələdiyyə
tərəfindən gənclərlə əməkdaşlıq artırılsın. Onun sözlərinə görə,
Marneulidə Gənclər Şurası olsa da, onun fəaliyyəti normal olmayıb
və müvafiq olaraq, gənclərin səsi bələdiyyəyə çatmır.
“Demək olar ki, bələdiyyənin də bunda müəyyən qədər
töhfəsi var. Çünki müsahiblərin bir qismi qeyd etdi ki, bələdiyyə
tərəfindən iştirak üçün hazırlıq yoxdur, heç məlumatlandırmanın
keyfiyyəti də yüksək deyil. Bunlar hamısı gənclərlə özünüidarə
arasında yadlaşmaya səbəb olur”.
Araşdırmanın əsas nailiyyətlərini və tövsiyələri sizə təqdim
edirik:
- Gənclərin ehtiyacları üçün nəzərdə tutulmuş xərclər
2022-ci ilin vahid büdcəsinin yalnız 0,215%-ni təşkil
edirdi;
- Gənclər üçün nəzərdə tutulmuş fəaliyyətlər qismən
mədəni və idman fəaliyyət proqramlarını da əhatə edirdi, ancaq
qızların iştirakı aşağıdır;
- Gənclər üçün nəzərdə tutulmuş proqramlar çərçivəsində
yalnız üç istiqamətdə – tələbələrin gediş haqqına dəstək, uğurlu
tələbələrə meriya tərəfindən mükafat verilməsi, gənc ideyalar
müsabiqəsi istiqamətində dəstək nəzərdə tutulub. Ancaq ümumiyyətlə,
gənclərin ehtiyacları qeyd olunan komponentlərdən kifayət qədər
kənara çıxır və daha geniş şəkildə təqdim
olunmalıdır.;
- Büdcənin planlaşdırılması prosesində əhali, xüsusilə də
gənclərlə dialoq tam təmin edilməyib;
- Özünüidarənin hesabatlılıq keyfiyyəti aşağıdır,
ərizələrə cavabların gecikdirilməsi halları tez-tez baş verir,
vətəndaşların, eləcə də gənclərin hesabatın müzakirəsinə, Bələdiyyə
Məclisi və ya komissiyaların iclaslarında iştirakı həvəsləndirimir,
büdcənin ictimai müzakirəsi təşkil edilmir, Bələdiyyə Məclisinin
üzvləri tərəfindən hesabatlar təqdim olunmur, əhali hesabatın
müzakirəsində iştirak etmir;
- Gənclərin yerli özünüidarə üçün fəaliyyəti mühüm deyil,
gənclərin yerli hakimiyyətlə konstruktiv dialoqa ümidləri yoxdur,
onlar əmindirlər ki, onların fikirləri, təklifləri özünüidarənin
qərarına təsir göstərməyəcək;
- Müsahiblərin əksəriyyəti etnik azlıqlar və etnik
gürcülərin məskunlaşdığı kəndlərin inkişaf etdirilməsi imkanlarını
bərabər qiymətləndirmir. Onların sözlərinə görə, gürcü kəndlərində
olan infrastruktur və ya xidmtələrin əlçatanlığı digər kəndlərdə
olan vəziyyətdən kifayət qədər yaxşıdır;
- Marneuli bələdiyyəsinin məktəbləri, əsasən gənclərə
dövlət dilinin tədrisini təmin edə bilmir, bu isə onlara sonrakı
təhsil mərhələsində mane olur və azlıq nümayəndələrinin təcridinə
təsir edir, onların inteqrasiya məsələsini
çətinləşdirir;
- Gənclər qarşısında olan prioritetlər arasında gürcü
dili tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, nəqliyyat
məsələsinin həlli, gənclər üçün qeyri-formal təhsil məkanlarının və
kitabxanaların yaradılması, parkların, kino, teatr, icma
mərkəzlərinin regionun müxtəlif kəndləri üçün əlçatan olması, etnik
azlıqların inteqrasiyası baxımından başqa regionlarla mübadilə
düşərgələri, qeyri-formal fəaliyyətlərin planlaşdırılması, uşaq
bağçalarının fəaliyyəti, idman dərnəklərinin bütün kəndlərdə
əlçatan olması, idman növləri, müvafiq infrastrukturun qızların
ehtiyaclarına uyğun olması kimi məsələlər müəyyən
edilib;
- Qadınlar, eləcə də qızlar ictimai həyata az qoşulublar.
Onların qərarların qəbulu prosesində iştirakı kişilərlə müqayisədə
daha aşağı səviyyədədir, qadınlar üçün özünüidarə orqanlarının
prioritetlərinə düşməmələri və onların səsinin qərar qəbul edən
şəxslərə daha az çatması mühüm problemdir.
- Qeyd etmək lazımdır ki, idman infrastrukutunun inkişafı
və mədəni tədbirlərin təşkili xərclərinin 2023-cü il büdcəsində
artırılması alqışlanmalıdır. Bu qismən də olsa, gənclərin
maraqlarına xidmət göstərir, yeni idman meydançalarının, mədəni
tədbirlərin təmin edilməsi ilə gənclərin sağlam həyat tərzinə,
mədəni fəaliyyətlərə qoşulmasına dəstək olur;
- Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsi ilə
müqayisədə 2023-cü ildə idman sahəsinin inkişafı üçün ayrılmış
maliyyə artırılıb. Bu maliyyə əsasən , 82% gənclərə
istiqamətlənib.
Araşdırma “Marneuli gəncləri dəyişikliklər üçün” layihəsi
çərçivəsində həyata keçirilib. Layihə “Tərəqqi üçün prevensiya”
(PFP) qeyri-hökumət təşkilatı tərəfindən “Mülki Məşğulluq və
Aktivizm Mərkəzi (CEAC)” ilə əməkdaşlıqla, “Müharibə və Sülhün
İşıqlandırılması İnstitutunun (IWPR)” maddi dəstəyi ilə həyata
keçirilir.