Salome Xarşiladze oxçuluq üzrə Gürcüstan çempionatında ikinci olub.
Marneuli bələdiyyəsi 20-22 yanvar tarixlərində Gürcüstan oxçuluq
çempionatına ev sahibliyi edib. İdman tədbiri Gürcüstan Mədəniyyət,
İdman və Gənclər Nazirliyinin dəstəyi, Gürcüstan Milli Oxçuluq
Federasiyası və Marneuli İdman Məktəbinin təşkilatçılığı ilə
“Azerbaijan House” idman zalında keçirilib. Salome Xarşiladzenin
“Marneuli” radiosuna bildirdiyinə görə, qeyd olunan çempionat onun
karyera inkişafının ilkin şərtidir
və yarışlar üçün fəal olaraq
hazırlaşırmış.

“Bu çempionat böyüklər kateqoriyasında keçirilir. 24 qız iştirak
edirik. Bu yarış mənim üçün çox mühüm idi. Çünki bu yarışla Avropa
çempionatı iştirakçıları və ya Avropa çempionatına qızlardan kimin
gedəcəyi müəyyənləşəcəkdi. Kifayət qədər böyük rəqabət var idi.
Çünki 3 qız və 3 oğlan qatıla bilərdi. Bu yarış üçün artıq əvvəlki
yarışlardan hazırlaşmağa başlamışdım, çünki özümü yaxşı göstərməli
idim”, – Salome Xarşiladze bildirdi.
Mükafat yerləri belə bölünüb:
Qızlar:
- Birinci yer: Tsiko Putkaradze
- İkinci yer: Salome Xarşiladze
- Üçüncü yer: Teo Kutaladze

Oğlanlar:
- Birinci yer: Mirian Tsulukidze
- İkinci yer: Beka Quqeşaşvili
- Üçüncü yer: Anri Basiladze

Qeyd edək ki, Salome Xarşiladze Marneuli İdman Məktəbinin
yetirməsidir. Onun fərdi məşqçisi Qiorqi Qordezianidir.