Marneulinin yeddi bağçasını isitmək üçün 14 000 lari dəyərində yanacaq materialı alınacaq
Marneuli bələdiyyəsində iki uşaq bağçası və beş məktəbəqədər hazırlıq mərkəzi odun sobası ilə isidilir. Marneuli Uşaq Bağçaları Birliyi 10 ton briket almaq üçün 14 000 lari dəyərində tender elan edib. Yanacaq materialının əksəriyyəti Xixani və Şaumyani uşaq bağçalarına bölünəcək. Birliyin rəhbəri Zaur Kərəmovun “Marneuli” radiosuna verdiyi məlumata görə, briketləri Dəmyə, Ağməmmədli, Keşəli, Dəmyə-Görarxı və Kirəç-Muğanlıda fəaliyyət göstərən hazırlıq mərkəzləri üçün alacaqlar:
  • Şaumyani uşaq bağçası – 3 ton
  • Xixani uşaq bağçası – 3 ton
  • Dəmyə məktəbəqədər hazırlıq mərkəzi – 800 kq
  • Ağməmmədli məktəbəqədər hazırlıq mərkəzi – 800 kq
  • Keşəli məktəbəqədər hazırlıq mərkəzi – 800 kq
  • Kirəç-Muğanlı məktəbəqədər hazırlıq mərkəzi – 800 kq
  • Dəmyə-Görarxı məktəbəqədər hzırlıq mərkəzi – 800 kq
Tenderə əsasən, meşə və ya kəsilmiş ağac tullantılarından hazırlanmış, preslənmiş bioloji yanacaq yüksək istilik verməsi ilə seçilməlidir, su keçirməyən polietilenlə qablşadırılmış olmalıdır, təqdim olunacaq briket yaş və nəmli olmamalıdır.

საწვავი მასალა - ბრიკეტი

10 ton odun materialı briket yanacağının alınması ilə bağlı tenderdə iştirak etmək istəyən namizədlər 23-25 yanvar tarixlərində təkliflərini təqdim edə bilələr. Qalib şirkət müqavilə bağlandıqdan 15 gün ərzində briketləri bağçalara təhvil verməli olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google