Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi sadələşdirilmiş
qaydada 2 189 lari dəyərində ərzaqlar alıb.
225 kiloqram buğda unu, 142 kiloqram manna yarması, 129 kiloqram
qarğıdalı unu və 81 kiloqram yulaf fərdi sahibkar Qiorqi
Qiorqadzedən alınıb.
- 1 kiloqram buğda ununun qiyməti – 3,50
lari
- 1 kiloqram manna yarması – 3,50 lari
- 1 kiloqram qarğıdalı unu – 4,50 lari
- 1 kiloqram yulaf – 4 lari
“Qida məhsulları yüksək keyfiyyətli, yeni, ekoloji
baxımdan təmiz olmalıdır. Təhvil veriləcək ərzaqlar “Uşaqların
məktəbəqədər təhsil müəsissələrində qida təşkilatının, sanitar
qaydaların və normaların təsdiqlənməsi haqqında texniki
reqlamentə”, Gürcüstan hökuməti sərəncamının tələblərinə uyğun
olmalıdır. Qida məhsullarının üyüdülməsi və qablaşdırılması onun
keyfiyyətini, təhlükəsizliyinin qorunmasını təmin etməlidir.
Məhsulu verən məhsulla bağlı çatışmazlıq, səhv qablaşdırma və ya
daşınma olan halda alıcı qarşısında məsuliyyət
daşıyır”, – tenderdə qeyd olunub.
Marneuli Uşaq Bağçaları Birliyi qeyd olunan məhsullardan başqa, 622
577 lari dəyərində məhsul alıb. Şirkətlər müqavilə bağladıqdan
2023-cü ilin 30 iyununa qədər Marneuli Uşaq Bağçaları Birliyinə
mərhələli şəkildə tələbə uyğun olaraq məhsulları verməli
olacaqlar.