UEFA 2023-cü ildə UEFA Superkuboku oyununun keçiriləcəyi
yeri dəyişib.
Turnirə ev sahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən
alınıb. Yeni məkan kimi Yunanıstan Afina şəhəri seçilib. Bu barədə
birliyin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Kazanın UEFA Superkubokunun 2023-cü il matçına ev
sahibliyi etmək hüququnu iki il əvvəl açıqlanıb. Bu, Rusiyada
keçirilən ilk Avropa Superkuboku ola
bilərdi.
FİFA və UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən
ölkənin milli komandasının və klublarının qurumların bayrağı
altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.
Xatırladaq ki, bundan əvvəl UEFA Sankt-Peterburq şəhərini 2022-ci
ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququndan
məhrum edib. Əsas avrokubokların həlledici matçı Parisdə baş
tutub.