"Əl-Nəsr"in baş məşqçisi Rudi Qarsiya Səudiyyə Ərəbistanı klubunun
portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun tezliklə Avropaya
qayıdacağını bildirib.
“Ronaldu heyətimizin keyfiyyətcə təkmilləşdirilməsidir.
O, dünyanın ən yaxşı hücumçularından biridir və rəqiblərimizin
müdafiəçilərinə problem yaradacaq. Karyerasını “Əl-Nəsr”də
bitirəcəyini düşünmürəm. Ronaldu tezliklə Avropaya
qayıdacaq”, - deyə Qarsiya bəyan edib.
Xatıraldaq ki, yanvarın 2-də Ronaldu ildə 200 milyon avro alacağı
müqaviləyə əsasən “Əl-Nəsr”in oyunçusu olub.
Mənbə: oxu.az