A22 Avropa Super Liqasının təşkilatçıları İspaniya
məhkəməsində FIFA və UEFA-ya qalib gəliblər.
Təşkilatçı klubların apellyasiya şikayəti təmin olunub.
Qərara əsasən, Avropa və ali futbol qurumu layihəni həyata keçirmək
istəyən təşkilatçılara qarşı hər hansı sanksiya tətbiq edə
bilməz.
Qeyd edilib ki, turnir layihəsi yeni futbol liqasının yaradılması
üçün nəzərdə tutulub və bu liqa klublar üçün
maliyyə baxımından
daha çox faydalıdır.
Həmçinin, məhkəmə yalnız elit komandalardan ibarət başqa liqa
yaratmaq istəyən klublara hüquq verib.
Qeyd edək ki, “Barselona”, “Real Madrid” və “Yuventus”un təsis
etdiyi Super Liqada İngiltərənin “Mançester Yunayted”, “Mançester
Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın
“Atletiko”, İtaliyanın “Milan” və “İnter” komandaları da iştirakını
təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.
Mənbə: oxu.az