Bu gün, 1 fevral tarixində gündüz saatlarında Marneuli
ərazisində havanın parçalı buludlu olacağı gözlənilir.
Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə buludlu
hava müşahidə ediləcək.
Havanın temperaturu gündüz +10 dərəcə isti olacaq, gecə isə
temperatur -1 dərəcəyə qədər enəcək.
Məlumata görə, 2 fevral tarixində bələdiyyə ərazisində gündüz və
gecə saatlarında qısa müddətli yağış yağacağı gözlənilir. Gündüz
temperatur +6 dərəcə isi olacaq, gecə isə temperatur 0 dərəcə qədər
enəcək.
3 fevral tarixinə gəlincə isə Marneuli ərazisində günün birinci
yarısında havanın parçalı buludlu olacağı gözlənilir. Günün ikinci
yarısı isə günəşli olacaq. Gecə saatlarında bələdiyyədə havanın
parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +10
dərəcə istini göstərəcək, gecə isə temperatur -4 dərəcəyə qədər
enəcək.