Marneulidə “Kənd toplantıları” 15 fevralda başa çatacaq
15 fevral tarixində kəndə dəstək proqramı çərçivəsində sakinlərlə görüşlər başa çatır. Bələdiyyə miqyasında yerli özünüidarə nümayəndələrinin getmədiyi 11 kənd qalıb. “Kənd toplantıları” Kəpənəkçi, Birinci Kosalı , İkinci Kosalı, Algeti Üzümçülük Sovxozu, Ambarovka, İlməzli, Keşəli, Lejbəddin, Tserakvi, Canxoş və Sionidə keçiriləcək. Sakinlər kəndlərə ayrılmış məbləğlə istədikləri layihəni dəstəkləməlidirlər.

Kəndə dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata Keçiriləcək
Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul kəndlərə əhalinin sayına görə bölünür. Hər kənd üçün ən az 12 000 lari, ən çox isə 20 000 lari ayrılıb.

15 fevral tarixində kəndlərə əsasən ümumi toplantı və ya məsləhətləşmələrin keçirilməsi planlaşdırılan tarix və kəndləri sizə təqdim edirik:
  • Kəpənəkçi ictimai məktəb ərazisi – Saat 14:30 (200 imza, 20 000 lari)
  • Birinci Kosalı, ictimai məktəb ərazisi – Saat 13:00 (200 imza, 20 000 lari)
  • İkinci Kosalı, ictimai məktəb ərazisi – Saat 12:00 (200 imza, 20 000 lari)
  • Algeti Üzümçülük Sovxozu, məktəb ərazisi – Saat 11:00 ( 100 imza, 16 000 lari)
  • Ambarovka, məktəb ərazisi – Saat 12:00 (100 imza, 16 000 lari)
  • İlməzli, məktəb ərazisi – Saat 13:00 (100 imza, 16 000 lari)
  • Keşəli, məktəb ərazisi – Saat 14:00 (200 imza, 20 000 lari)
  • Lejbəddin – ictimai məktəb ərazisi - Saat 11:00 (100 imza, 16 000 lari)
  • Tserakvi Mədəniyyət Evi ərazisi; (Tserakvi; Canxoş) – Saat 12:00 (Tserakvi – ümumi toplantı iştirakçılarının 20%-nin imzası; Canxoş - ümumi toplantı iştirakçılarının 20%-nin imzası, Tserakvi – 10 000 lari, Canxoş – 10 000 lari)
  • Sioni , məktəb ərazisi – saat 13:00 (ümumi toplantı iştirakçılarının 20%-nin imzası, 10 000 lari)
Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı, nisbətən kiçik kəndlərdə isə əhalinin 20%-in imzası qeydə alındığı halda keçirilmiş hesab olunur.

Kənd toplantıları başa çatdıqdan sonra “Marneuli” radiosu Marneuli meriyasından bütün inzibati vahidliklərdə kəndə dəstək proqramı çərçivəsində planlaşdırılan işləri tələb edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google