Mişaya azadlıq – VMH Marneulidə aksiya keçirib
Bu gün, 23 fevral tarixində Marneulidə Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları Marneulidə “Vahid Milli Hərəkatın” rayon ofisinin qarşısına toplaşaraq meriyaya doğru hərəkət ediblər.

“Bütün rayonlarda Mişaya dəstək aksiyaları keçirilir. Bu Mixeil Saakaşvilini xilas etməmizə və rus rejiminə təslim etməməmizə xidmət göstərir. Ona görə bu gün Marneulidə aksiya keçirilir və başqa rayonlarda da keçiriləcək. Yekun nəticədə, bu etiraz rus rejimini bitirəcəyimizə səbəb olacaq. Bu rejim Gürcüstanı dağıtdı və məhv olma yoluna sürüklədi”, – VMH-nın üzvü Qiorqi Mumladze bildirdi.

Marneuli meriyası qarşısına toplaşmış aksiya içtirakçıları çıxış ediblər və Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin azad edilməsini tələb ediblər. Aksiyada “Vahid Milli Hərəkatın” üzvləri və Marneuli, Qardabani, Bolnisidən dəstəkçilər iştirak edirdilər.

Aksiyada “Vahid Milli Hərəkatın” sədri Levan Xabeişvili də iştirak edirdi.

“Avropa İttifaqı qətnamə yazıb və orada ağ və qara şəkildə Gürcüstanın xəyanəti haqqında qeyd olunub. Bunların hamısını siz yaxşı bilirsiniz. Xəyanət haqqında yazılıb ki, rus oliqarxı Bidzina İvanişvili bizim ölkə üçün Avropa və Gürcüstan arasında maneədir. Nə qədər cəhd göstərsən də, artıq tarix yazılıb və hamı, eləcə də bu gün rejimi dəstəkləyən vəzifəli şəxslər tarixə xəyanət etmiş rejimin dəstəkçiləri, iştirakçıları kimi daxil olacağınızı hiss etməlisiniz. Siz bu məsuliyyətdən qaça bilməzsiniz. Biz çox sakit, dinc şəkildə etiraz edirik. Bütün şəhərlərə, regionlara gedirik, bütün kəndlərə, ailələrə gedəcəyik, soydaşlarımızla söhbət edəcəyik və onlara bu mübarizənin həlledici, bizim ölkəyə lazım olduğunu izah edəcəyik”, – Levan Xabeişvili bildirdi.

Aksiya iştirakçıları Türkiyədə zəlzələ nəticəsində həlak olanları da sükutla yad ediblər. Aksiyanın sonunda isə Gürcüstan himni səsləndirilib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google