Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 3 mart analar gününü
qeyd etmək üçün 8 gül dəstəsi və hədiyyə səbəti alıb.
Meriya alqı-satqını sadələşdirilmiş qaydada həyata keçirib.
Sadələşdirilmiş müqaviləyə görə, Marneuli meriyası analar gününü
qeyd etmək üçün hədiyyə səbətləri və gül dəstəsini Gürcüstanın
bütövlüyü uğrunda müharibədə həlak olan qəhrəmanların analarına,
həyat yoldaşlarıa verməyi planlaşdırır.
“Bildiyiniz kimi, Marneuli bələdiyyəsinin yerli
özünüidarəsi hər ilin 3 mart tarixində analar gününü qeyd edir. Bu
bayramla əlaqədar Gürcüstanın bütövlüyü uğrunda həlak olmuş
qəhrəman analarına və həyat yoldaşlarına gül dəstəsi və hədiyyə
səbəti veriləcək.
Gürcüstanın bütövlüyü uğrunda həlak olmuş qəhrəmanları bir daha yad
etməyi məqsədəuyğun hesab edirəm. Onların ailələrindəki xanımlara
müxtəlif şirniyyatlar və içkilərdən ibarət 8 ədəd hədiyyə səbəti,
eləcə də 8 gül dəstəsi alınsın”, – sadələşdirilmiş
müqavilənin izahat kartında qeyd olunub.
Marenuli meriyası 3 mart, analar günü ilə əlaqədar Gürcüstanın
bütövlüyü uğrunda həlak olmuş hərbçilərin ana və həyat yoldaşlarına
təqdim olunacaq 8 gül dəstəsini sadələşdirilmiş qaydada, fərdi
sahibkar Şorena Svanidze-Maçavarianidən alıb. Meriya bunun üçün 320
lari ödəyib.
Meriya 8 ədədhədiyyə səbətini almaq üçün 1175 lari 20 tetri
dəyərində, sadələşdirilmiş qaydada ikinci müqaviləni “Madaqoni 2”
MMC ilə bağlayıb. Hədiyyə səbətində eksklüziv, prestij, dəniz
məhsulları formasında şokolad dəstləri, “Jacobs” qəhvəsi, truffle
və likor olacaq.