12 mart tarixində Tbilisidə kiqboksinq və qarışıq döyüşlər üzrə
turnir keçirilib.
Turnirdə Marneulili idmançılar da iştirak ediblər.
Marneuli İdman Məktəbi tərəfindən yayımlanmış məlumata görə, Qiorqi
Mirzoyan turnirdə uğurla iştirak edib və turnirin çempionu titulunu
qazanıb.
“Marneuli İdman Məktəbinin yetirməsi Qiorqi Mirzoyan (şəxsi
məşqçisi Kaxa Çkadua) turnirdə mübarizə aparıb. Qiorqi 51 kq çəki
dərəcəsində döyüşüb və İranlı idmançı ilə qarşılaşıb.
Üç raundluq gərgin qarşılaşmada rəqibini məğlub edib və turnirin
çempionu olub.
Marneuli İdman Məktəbi Qiorqini və onun məşqçisini təbrik
edir”, - Marneuli İdman Məktəbinin məlumatında qeyd
olunub.
Turnirdə Azərbaycan, İran və Türkiyədən idmançılar iştirak
ediblər.