Marneuli meriyası kanalizasiya sisteminin təmizlənməsi üçün təkrar tender elan edib
Marneuli yerli özünüidarəsi kanalizasiya sisteminin təmizlənməsi işləri üçün təkrar tender elan edib.

Marneuli meriyası 2023-cü il ərzində bələdiyyə ərazisində kanalizasiya sisteminin təmizlənməsi, qulluq göstərilmə işlərinə 50 847 lari xərcləməyi planlaşdırır.

“Xidmət müqavilə bağlandıqdan 2023-cü ilin 31 dekabrına qədər, mərhələli şəkildə, yazılı tapşırığa uyğun olaraq göstərilməlidir. Xidmət göstərənə obyektin konkret ünvanı, görüləcək işlərin adı və ya səhvlərlə bağlı akt, işlər üçün müəyyən edilmiş vaxt yazılı şəkildə təqdim olunacaq”, – Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş tenderdə qeyd olunub.

Yerli özünüidarə oxşar tenderi 10 fevral tarixində elan etmişdi. Tenderdə heç bir şirkət iştirak etməyib və buna görə də elektron alqı-satqı baş tutmayıb. Marneuli meriyası bələdiyyə ərazisində 2023-cü il ərzində kanalizasiya sisteminin təmizlənməsi, qulluq göstərilməsi işləri üçün təkrar tenderi 14 mart tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 31 martdan 5 aprelə qədər təkliflərini təqdim edə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google