Sadaxlıda daxili yollara asflat qatının çəkilməsi üçün 526 863 lari ayrılıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Sadaxlı kəndində iki məntəqəyə daxili yol çəkəcək. Marneuli meriyası Sadaxlıda daxili yolların bərpa işləri üçün 526 863 lari dəyərində tender elan edib.

Sadaxlıda daxili yolların çəkilməsi üçün nəzərdə tutulmuş vəsait tam olaraq Marneuli bələdiyyə büdcəsindən ayrılıb.

“İşləri yerinə yetirən Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq tikinti və ətraf mühitin mühafizəsi normaları, qaydalarını qorumaqla, smeta sənədlərinə uyğun olaraq işləri yerinə yetirməlidir. Həyata keçirilmiş işlərin keyfiyyət zəmanəti müddəti yekun təhvil-təslim aktının bağlanmasından 3 (üç) il təşkil edir”, – Sadaxlıda daxili yolların salınması tenderində qeyd olunub.

Yerli özünüidarə işlərin həyata keçirilməsi üçün tenderi 30 mart tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 15 apreldən 20 aprelə qədər öz təkliflərini göndərə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan 90 gün ərzində işləri həyata keçirməli olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google