Dəmyə-Görarxıda daxili yolların bərpası üçün tender elan olunub
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Dəmyə-Görarxı kəndində daxili yolların bərpa işləri üçün tender elan edib.

Dəmyə-Görarxının küçələrinə asfalt qatının çəkilməsi layihəsinə görə, layihədə nəzərdə tutulan daxili yol 5 hissəyə bölünür.

“Mövcud yol örtüyü qum-çınqıl qarışığı şəklindədir. Yolun hərəkət hissəsi və kənarları tikinti tullantılarından və yağışlar nəticəsində uçurulmuş daş qalıqlarından təmizlənməlidir. Yolun layihəsi nəzərə alınan zaman yol örtüyünün mövcud vəziyyəti və onun geotexniki göstəriciləri nəzərə alınıb. Tələb olunan yükgötürməyə nail olmaq üçün texniki tapşırıq və sifarişci ilə razılaşma əsasında asfalt-beton yol qatının konstruksiyasi qəbul olunub”, – Dəmyə-Görarxı kəndinin daxili yollarına asfalt qatının çəkilməsi layihəsində qeyd olunub.

Marneuli meriyası Dəmyə-Görarxıda daxili yolların çəkilməsini 531 053 lariyə planlaşdırır. Yerli özünüidarə işləri həyata keçirmək üçün 30 mart tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 15 apreldən 20 aprelə qədər öz təkliflərini göndərə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan 90 gün ərzində işləri həyata keçirməli olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google