Marneulidə 3 320 ailə sosial yardım alır
Gürcüstan Milli Statistika Xidməti 2022-ci ilin statistik məlumatlarını yayımlayıb. Yayımlanan məlumatlarda sosial paket və yaşayış minimumu alan ailələrin sayı da qeyd olunub.

2022-ci ildə Marneuli miqyasında sosial paket alanların sayı 3 320-dir. 2022-ci ildə sosial paket alanların sayı son üç ilin göstəricilərindən azdır. 2019-cu ildə 3 341 nəfər, 2020-ci ildə 3 353 nəfər, 2021-ci ildə isə 3 464 nəfər sosial yardım alırdı.

Marneuli miqyasında 3 690 ailə yaşayış minimumu alır. Qeyd edək ki, yaşayış minimumu alan ailələrin sayı son 10 il ərzində hər il artır.
  • 2012-ci il - 1 289 ailə
  • 2013-cü il- 1 133 ailə
  • 2014-cü il - 1205 ailə
  • 2015-ci il - 1 195 ailə
  • 2016-cı il - 1 908 ailə
  • 2017-ci il - 2 117 ailə
  • 2018-ci il - 2 199 ailə
  • 2019-cu il - 2 276 ailə
  • 2020-ci il - 2 900 ailə
  • 2021-ci il - 3 495 ailə
  • 2022-ci il - 3 690 ailə
Gürcüstan Milli Statistika Xidməti tərəfindən yayımlanmış məlumatlara görə, Marneuli əhalisinin sayı 107 500 nəfər təşkil edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google