Marneulidə 18 032 nəfər təqaüd alır
Gürcüstan Milli Statistika Xidməti 2022-ci ilin statistik göstəricilərini yayımlayıb. Müxtəlif məlumatlar hazırlanıb və hər bələdiyyəni əhatə edir.

2023-cü ilin 1 yanvarına olan məlumatlara görə, Marneuli bələdiyyəsi miqyasında 18 032 nəfər təqaüd alır. Qeyd edək ki, bu say bələdiyyədə təqaüd alanların rekord göstəricisidir. Statistik göstəricilər 2012-ci ildən 2022-ci ilə qədər olan dövrü əhatə edir. Hər il Marneuli bələdiyyəsində təqaüd alanların sayı artıb.

Marneuli bələdiyyəsində illərə görə təqaüd alanların sayını sizə təqdim edirik:
  • 2012-ci il - 12 386 təqaüdçü
  • 2013-cü il - 12 662 təqaüdçü
  • 2014-cü il - 13 013 təqaüdçü
  • 2015-ci il - 13 406 təqaüdçü
  • 2016-cı il - 13 934 təqaüdçü
  • 2017-ci il - 14 542 təqaüdçü
  • 2018-ci il - 15 213 təqaüdçü
  • 2019 –cu il - 15 973 təqaüdçü
  • 2020 –ci il - 16 780 təqaüdçü
  • 2021-ci il - 17 404 təqaüdçü
  • 2022 –ci il - 18 032 təqaüdçü
Gürcüstan Milli Statistika Xidməti tərəfindən yayımlanmış məlumatlara görə, Marneuli əhalisinin sayı 107 500 nəfər təşkil edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google