Marneulinin 61 kəndində həyata keçiriləcək layihələrin siyahısı
Marneuli yerli özünüidarəsi “Kəndə dəstək proqramı” çərçivəsində həyata keçiriləcək layihələrin smeta sənədlərinin tərtib edilməsi üçün dörd sadələşdirilmiş müqavilə bağlayıb. Meriya ümumilikdə 35 687 lari dəyərində dörd sadələşdirilmiş müqaviləni müxtəlif şirkətlərlə bağlayıb.

İlk sadələşdirilmiş müqaviləyə görə, yerli özünüidarə 7 kənddə daxili yollara çınqıl tökülməsi, 3 kənddə daxili yollara beton tökülməsi, 1 kənddə körpünün qurulması/bərpa edilməsi üçün smeta sənədlərini “Qzamklevi 2001” MMC-dən 6 393 lari 24 tetriyə almaq istəyir.

11 kənddə planlaşdırılmış layihələrin siyahısını sizə təqdim edirik. Layihələr “Kəndə dəstək proqramı” çərçivəsində həyata keçiriləcək:
  1. Yuxarı Qullar - daxili yollara çınqıl tökülməsi - 20 000.00 lari
  2. Brdazor - daxili yollara çınqıl tökülməsi 10 000 lari
  3. Hacıisakənd - daxili yollara çınqıl tökülməsi 16 000 lari
  4. Qudro - daxili yollara çınqıl tökülməsi 10 000 lari
  5. İmircala - daxili yollara çınqıl tökülməsi 12 000 lari
  6. Xuldərə - yollara çınqıl tökülməsi 16 000 lari
  7. Verxviani - Ağkörpü-Verxviani yoluna çınqıl tökülməsi 10 000 lari
  8. Canxoş - daxili yollara çınqıl tökülməsi (Kəndə gedən yola beton tökülməsi) 20 000 lari
  9. Mollaoğlu - beton yolun çəkilməsi 40 000 lari
  10. Burma - beton yolun çəkilməsi 20 000 lari
  11. Çanaxçı körpüsünün bərpası (İkinci mərhələ, işlərin başa çatdırılması) 24 000 lari
Yerli özünüidarə “Hidroproekt” MMC ilə 10 502 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb. Müqaviləyə görə, meriya kənd proqramı çərçivəsində Marneuli bələdiyyəsinin 8 kəndində suvarma suyu sisteminin quraşdırılması/bərpası və 3 kənddə içməli suyun bərpası işlərinin smeta sənədlərini alacaq.

11 kənddə həyata keçiriləcək layihələrin siyahısını sizə təqdim edirik:
  1. Dəmyə - təbii mənbədən içməli su borusunun bərpa edilməsi - 12 000 lari
  2. Xoxmel - iki bulağın bərpası- 10 000 lari
  3. Təkəli - içməli su hovuzunun bərpası - 20 000 lari
  4. Metsamula - drenaj kanallarının bərpası- 10 000 lari
  5. Maradisi - drenaj kanallarının quraşdırılması- 12 000 lari
  6. Ulaşlı - suvarma kanalının bərpası- 16 000 lari
  7. Sabirkənd - suvarma kanalının bərpası- 20 000 lari
  8. Ağqula - suvarma kanalının bərpası -10 000 lari
  9. Xixani - suvarma kanalının daxili şəbəkəsinin quraşdırılması - 16 000 lari
  10. Saimerlo - suvarma kanalının bərpası - 40 000 lari
  11. Kiçik Bəylər - suvarma kanalının qurulması -12 000 lari
Marneuli meriyası üçüncü sadələşdirilmiş müqaviləni “Merkuri+” MMC ilə bağlayıb. 3800 lari dəyərində sadələşdirilmiş müqaviləyə görə, özünüidarə Marneuli bələdiyyəsinin 7 kəndində qəbiristanlığın hasarlanması işlərinin smeta sənədlərini alacaq.

Kəndə dəstək proqramı çərçivəsində qəbiristanlıqları hasarlanacaq 7 kəndin siyahısını sizə təqdim edirik:
  1. Kirovka - qəbiristanlığın hasarlanması - 16 000 lari
  2. Aşağı Saral - qəbiristanlığın hasarlanması - 26 000 lari
  3. Yuxarı Saral - qəbiristanlığın hasarlanması -26 000 lari
  4. Algeti - üzümçülük - qəbiristanlığın hasarlanması - 23 000 lari
  5. İlməzli - qəbiristanlığın hasarlanması -23 000 lari
  6. Xancığazlı - qəbiristanlığın hasarlanması - 22 000 lari
  7. Tsopi - qəbiristanlığın hasarlanması - 16 000 lari
Marneuli meriyası 14 991 lari 90 tetri dəyərində sadələşdirilmiş dördüncü müqaviləni “Liqa 2006” MMC ilə bağlayıb. Sadələşdirilmiş müqaviləyə görə, özünüidarə 32 kənddə küçə işıqlarının quraşdırılması işləri üçün smeta sənədlərini alacaq.

Küçə işıqları quraşdırılacaq 32 kəndin siyahısını sizə təqdim edirik:
  1. Qaçağan - 20 000 lari
  2. Kirəç-Muğanlı - 20 000 lari
  3. Qasımlı - 20 000 lari
  4. Ağməmmədli - 20 000 lari
  5. Quşçu - 16 000 lari
  6. Dəmyə - Görarxı - 20 000 lari
  7. Axlılələ - 16 000 lari
  8. Xocorni - 16 000 lari
  9. Qırıxlı - 20 000 lari
  10. Daştəpə - 15 000 lari
  11. Şaumyan - 20 000 lari
  12. Şulaveri - 20 000 lari
  13. İmir - 20 000 lari
  14. Axlımahmudlu - 16 000 lari
  15. Seyidqocalı - 16 000 lari
  16. Kürtlər - 20 000 lari
  17. Baydar - 16 000 lari
  18. Böyük Muğanlı - 20 000 lari
  19. İkinci Kosalı - 20 000 lari
  20. Birinci Kosalı - 20 000 lari
  21. Kəpənəkçi - 20 000 lari
  22. Keşəli - 20 000 lari
  23. Qızılhacılı - 20 000 lari
  24. Algeti - 20 000 lari
  25. Sabirkənd - 20 000 lari
  26. Əzizkənd - 20 000 lari
  27. Təzəkənd (Algeti) - 20 000 lari
  28. Sadaxlı - 40 000 lari
  29. Təzəkənd (Sadaxlı) - 16 000 lari
  30. Opreti - 10 000 lari
  31. Ağkörpü - 16 000 lari
  32. Yeni Dioqnisi - 12 000 lari
Marneuli miqyasında kəndə dəstək proqramı çərçivəsində ümumi kənd toplantıları və əhali ilə məsləhətləşmələr 1-15 fevral tarixlərində aparılırdı. Kəndə dəstək proqramına 2023-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul kəndlərə əhalinin sayına görə bölünüb. Hər kənd üçün ayrılan vəsait ən az 10 000, ən çox isə 20 000 lari təşkil edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google