11-14 may tarixlərində Batumi şəhərində yerləşən "Anqisi" idman
bazasında 2023-cü il oxatçuluq üzrə Gürcüstan çempionatı keçirilib.
Çempionatda Marneuli İdman Məktəbidən 4 idmançı – üç qız və bir
paraoxçu iştirak edib. Yuxarı yaş qrupunda uğurla çıxış edən Salome
Xarşiladze üçüncü yerə çıxıb. Bu barədə Marneuli İdman Məktəbi
feysbukda məlumat paylaşıb.
Məlumata görə, Ümumdünya Oxçuluq Federasiyası "WORLD
ARCHERY" (WA)
qaydalarına uyğun keçirilən çempionat kişi və qadın
kateqoriyalarında olan idmançılar arasında keçirilib. "Klassik
oxatma" üzrə keçirilən yarışda atış məsafəsi 70 metr olub.
Turnirin çempionu və mükafatçılarını Gürcüstan Milli Oxçuluq
Federasiyasının prezidenti Simon Nozadze, Gürcüstan Milli Oxçuluq
Federasiyasının vitse-prezidenti və Marneuli İdman Məktəbinin
direktoru Mamuka Naveriani tərəfindən mükafatlandırıb.
Qeyd edək ki, Salome Xarşiladze 21 yaşadək yaş kateqoriyasında
mübarizə aparır. O, dəfələrlə Gürcüstan çempionu və mükafatçısı
olub. Salome bu il iyunun 4-də İsveçrənin Sion şəhərində
keçiriləcək Avropa kubokunun püşkatma mərasiminin ikinci
mərhələsində iştirak edəcək.