Marneulidə Rustaveli küçəsində orta yaşlı kişi ölüb. Hadisə bir
neçə dəqiqə
əvvəl baş verib.
Məlumata görə, həmin şəxs mikroavtobusdan düşüb və halı pisləşib.
Hadisə yerinə təcili tibbi yardım briqadası və patrul polisi cəlb
olunub.
“Marneuli” radiosu hadisənin təfərrüatlarını Daxili İşlər
Nazirliyindən aydınlaşdırmağa çalışır.