Marneuli bələdiyyəsinin kəndlərindən birində yeniyetmə qız illər
ərzində güman ki, cinsi zorakılıq qurbanı olub.
"Marneuli" radiosunun məlumatına görə, qıza qohumu, orta yaşlı kişi
qıza 8 yaşından cinsi təcavüz göstərirmiş. 16 yaşlı qız bir neçə
gün əvvəl, Feysbuk qruplarından birində paylaşım edib ki, illər
ərzində
əmisi tərəfindən zorakılıq qurbanı olub.
Nəticədə hüquq-mühafizə qurumları məsələni araşdırıblar.
Yeniyetməyə zorakılıqda ittiham olunan kişi saxlanılıb. "Marneuli"
radiosu Gürcüstan Prokurorluğundan təfərrüatları araşdırır.