Avropa İnsan Hüquqları
Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin
2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum
edilməsi ilə bağlı Ukraynaya qarşı iddiasını qəbuledilməz hesab
edib.
"Saakaşvili Ukraynaya qarşı" işi üzrə bəyanatı Avropa
İnsan Haqları Məhkəməsi yekdilliklə qəbuledilməz kimi tanıyıb.
Qərar qətidir”, - Avropa İnsan Hüquqları Məhkəməsinin
bəyanatında deyilir.
Mixeil Saakaşvili Ukrayna vətəndaşlığının ləğvi və ölkədən
çıxarılması ilə əlaqədar hüquqlarının tanınmasını
tələb edərək
Ukraynaya qarşı iddia qaldırıb.
Mixeil Saakaşvili bəyanatında Avropa İnsan Hüquqları
Konvensiyasının 3-cü maddəsinə (qeyri-insani və ləyaqəti alçaldan
rəftarın qadağan edilməsi), 5/1-ci (azadlıq və şəxsi toxunulmazlıq
hüququ), 6/2 (təqsirsizlik prezumpsiyası), 8 (özəl həyat və mənzil
hüququna hörmət hüququ), 11 (sərbəst toplaşmaq azadlığı), 13
(effektiv müdafiə vasitələri hüququ) və 18-ci (hüquqların həyata
keçirilməsinin məhdudlaşdırılması) maddələrə istinad edib.