Bu gün, 27 iyul tarixində saat 12:00-da Marneuli Bələdiyyə
Məclisinin İclası keçiriləcək.
İclasda 6 məsələnin müzakirəsi planlaşdırılır. Bu barədə məlumat
Bələdiyyə Məclisinin "Facebook" səhifəsində paylaşılıb.
2023-cü ilin 27 iyul trixində müzakirə olunacaq məsələlər:
G ü n d ə m i :
1. ,,Marneuli Munisipalitetinin 2023-ci il büdcəsinin təsdiqlənməsi
haqqında’’ Marneuli Munisipalitetinin Sakrebulosunun 2022-ci il
26
dekabr N29 qərarına dəyişiklik daxil edilməsi haqqında.
/məruzəçi: Koba Çxitunidze/
2. „Marneuli Munisipalitetinin Meriyasının nizamnaməsinin
təsdiqlənməsi barədə“ Marneuli Munisipalitetinin Sakrebulosunun
2021-ci il 09 fevral №02 qərarına dəyişiklik daxil edilməsi
haqqında.
/məruzəçilər: Mamuka Şubitidze/
3. „Marneuli Munisipalitetinin Meriyasının Ştat nüsxəsinin
təsdiqlənməsi və Meriyanın vəzifəli şəxslərinin və Meriyanın
peşəkar dövlət işçilərinin əmək haqqlarının miqdarının
müəyyənləşdirilməsi haqqında“ Marneuli Munisipalitetinin
Sakrebulosunun 2021-ci il 9 fevral №8 qərarına dəyişiklik daxil
edilməsi barədə.
/məruzəçi: Mamuka Şubitidze/
4. Marneuli Munisipalitetinin Sakrebulosunun vəzifəli şəxslərinin
və Sakrebulonun Aparatının peşəkar dövlət qulluqçularının vəzifə
sıralanması, əmək haqqlarının miqdarının müəyyən edilməsi və
Marneuli Munisipalitetinin Sakrebulosunun Aparatının işçilərinin
siyahısını təsdiqləmək haqqında" Marneuli Munisipalitetinin
Sakrebulosunun 2022-ci ilin 29 dekabr N31 qərarına dəyişiklik daxil
edilməsi barədə.
/məruzəçi: Nino Beridze/
5. ,,Marneuli Munisipalitetinin Sakrebulosunun Aparatında əmək
müqaviləsi ilə işə qəbul edilmiş şəxslərin sayının və onların əmək
haqqı miqdarının müəyyənləşdirilməsi haqqında" Marneuli
Munisipalitetinin Sakrebulosunun 2022-ci il 26 dekabr №76
sərəncamına dəyişiklik daxil edilməsi haqqında.
/məruzəçi: Nino Beridze/
6. ,,Marneuli Munisipalitetinin Sakrebulosu üçün yanacaq və danışıq
kartlarının limitinin təyin olunması haqqında” Marneuli
Munisipalitetinin Sakrebulosunun 2022-ci il 16 dekabr №71
sərəncamına dəyişiklik daxil edilməsi haqqında.
/məruzəçi: Nino Beridze/
7. Marneuli Munisipalitetinin Merinin 2023-ci il 21 iyul
N32-322320215 məktubunun müzakirə edilməsi haqqında.
/məruzəçi: Zurab Coniaşvili/
8. Sosial məsələlər.
/məruzəçi: Zurab Coniaşvili/